Türkiyədə 145 nəfər virusdan ölüb

21:20 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa yoluxan daha 145 nəfər vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda COVID-19-la əlaqədar 284 947 nəfərdən test götürülüb, bunlardan 19 549-u müsbət çıxıb.

Bundan əlavə, sutka ərzində koronavirusa yoluxan 15 364 nəfər sağalıb.