Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimi kimi, Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul və Ankara daxil olmaqla, bir çox bölgələrdə hiss olunub.
Hafta.az xəbər verir ki, Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.