Türkiyədə dəmir yolu ilə əhalinin iki qatı qədər sərnişin daşınıb

09:15 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu verdiyi yazılı açıqlamada ilin 8 aylıq dəmir yolu sərnişin statistikasını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, TCDD Taşımacılık AŞ Ümumi Müdirliyi tərəfindən idarə olunan Yüksək Sürətli Qatar (YHT), Marmaray, Sirkəci-Kazlıçeşmə Dəmiryol Sistemi Xətti, Başkentray, regional və magistral qatarlardan avqust ayında 20 milyon 667 min 44 nəfərin istifadə etdiyini deyən Uraloğlu, yanvar-avqust aylarında daşınan sərnişin sayının Türkiyə əhalisinin iki qatına çatdığını bildirib.

Nazir Uraloğlu, "8 ayda nazirliyin şəhər rels sistemlərindən, yüksək sürətli qatardan, magistral və regional qatarlardan 177 milyon insan istifadə edib. Cənab prezidentimizin rəhbərliyi ilə son 22 ildə həyata keçirdiyimiz dəmir yolu investisiyaları və siyasətlər sayəsində vətəndaşlarımızın dəmir yoluna marağını gündən-günə artırdı. Səyahət rahatlığını artırdıq, sürətli və təhlükəsiz nəqliyyat qurduq. Bu yolla vətəndaşlarımızın dəmir yoluna daha çox tələbat göstərməsinə səbəb olduq" deyib.

Uraloğlu, xüsusilə böyük şəhərlərdə şəhər relsli sistemlər sayəsində nəqliyyat sıxlığını həll etdiklərinə diqqət çəkərək, sözügedən dövrdə meqapolis İstanbulun sərnişin yükünü daşıyan Marmaray-dan 143 milyon 692 min 146 nəfərin istifadə etdiyini bildirib. Xəttin İstanbulda şəhər trafikini rahatlaşdıran ən mühüm amillərdən biri olduğunu vurğulayan Uraloğlu, "Marmaray yalnız avqust ayında 16 milyon 679 min 354 sərnişinə xidmət göstərdi. İstanbuldakı digər iki şəhər rels sistemi xəttimiz Sirkəci-Kazlıçeşmə Dəmiryol Sistemi Xətti və Halkalı-Bahçəşəhir Xətti" "Yanvar-avqust dövründə bundan 1 milyon 896 min 219 vətəndaş istifadə edib" deyib.