Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb

13:49 25.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti “Qalxan-4” əməliyyatı keçirilib.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 37 vilayətində keçirilən əməliyyat zamanı 4 min 568 qanunsuz miqrant saxlanılıb.

Polis və jandarma əməkdaşları tərəfindən 126 müxtəlif nöqtədə aparılan əməliyyatın gedişində insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən 192 nəfər nəzarətə alınıb. Artıq onlardan 41-i barəsində həbs qərarı çıxarılıb.