Türkiyədə işsizlik son 10 ildə ən aşağı enib

10:48 27.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə işsizlik nisbəti 2023-cü ildə əvvəlki ilə nisbətən 1 bal azalaraq 9,4 faizlə son 10 ilin ən aşağı səviyyəsinə düşüb.

Hafta.az-ın yazdığına görə, Türkiyə Statistika Təşkilatı “İş Gücü Statistikası 2023” məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ölkə daxilində işsizlərin sayı keçən il 2022-ci ilə nisbətən 318 min nəfər azalaraq 3 milyon 264 min nəfərə enib.

Ötən il işsizlik səviyyəsi əvvəlki ilə nisbətən 1 bənd azalaraq 9,4 faiz olub.

2022-ci ildə işsizlik nisbəti 10,4 faiz, işsizlərin sayı isə 3 milyon 582 min nəfər olaraq açıqlanıb. 2013-cü ildə işsizlik səviyyəsi 8,9 faiz təşkil edib. Beləliklə, işsizlik səviyyəsi son 10 ilin ən aşağı səviyyəsinə çatıb.

Qeyd edək ki, 2013-cü idə 8,9 faiz olan işsizlik 2020-ci ilədək artmağa davam edib və 13,7 faiz həddini aşıb. Amma hökumətin gördüyü işlər nəticəsində son 4 ildir ki, işsizlərin sayı sürətlə azalmaqdadır.