Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artdı

12:40 02.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artdığını bildirib: “Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir”.

Nazir əlavə edib ki, xəstəlik yaxın təmasla keçir, ona görə də pandemiya riski yoxdur.

Oxunma sayı 192