Türkiyədə müəllimə silahlı hücum

21:02 13.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

Hafta.az xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, özəl məktəblərin birində müəllim işləyən Gizem N. dərslər bitdikdən sonra binadan çıxarkən keçmiş nişanlısı olduğu irəli sürülən şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Şübhəli hadisə yerindən qaçıb və saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.