Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb

22:49 10.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində baş verib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb.