Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, qohumluq əlaqəsi olub-olmamasına baxmayaraq eyni ünvanda yaşayan icmalara aid edilən “ev təsərrüfatlarının” sayı keçən il 26 milyon 309 min 332 olaraq müəyyən edilib. Bu rəqəm 2022-ci ildə 26 milyon 75 min 365 idi.
Hafta.az-ın yazdığına görə, ötən il tək valideynli və ən azı bir uşağı olan nüvə ailədən ibarət ailələrin sayı 16 milyon 779 min 240 olub. Bunlardan 10 milyon 310 min 726-sı ər-arvad və uşaq, 3 milyon 673 min 768-də yalnız ər-arvad, 2 milyon 794 min 746-da isə tək valideyn və uşaqların yaşadığı nüvə ailələri kimi qeydə alınıb.
Nüvə ailələrində ana və uşaqlardan ibarət ailələrin sayı 2 milyon 164 min 825, ata və uşaqlardan ibarət nüvə ailələrinin sayı isə 629921 olaraq müəyyən edilib.
Türkiyə daxilində böyük ailələrdən ibarət ev təsərrüfatlarının sayı 3 milyon 476 min 510, nüvə ailəsi olmayan birdən çox adamdan ibarət ailələrin sayı isə 860757 olaraq hesablanıb.
Tək nəfərlik ev təsərrüfatlarının sayı 2014-cü ildə 2 milyon 931 min 85 olduğu halda, bu rəqəm 2015-ci ildə 182411 artaraq 3 milyon 113 min 496-ya çatıb. Tək nəfərlik ev təsərrüfatlarının sayı 2016-cı ildə əvvəlki ilə nisbətən 203398 artaraq3 milyon 316 min 894-ə, 2017-ci ildə 3 milyon 491 min 148-ə, 2018-ci ildə 3 milyon 730 min 505-ə, 2019-cu ildə 4 milyon 62 min 57-yə çatıb.
Covid-19 epidemiyasının intensiv olduğu 2020-ci ildə tək yaşayanların sayı 342421 nəfər artaraq 4 milyon 404 min 997-yə çatıb. Son 10 ildə tək nəfərlik ev təsərrüfatlarının sayı ən çox epidemiyanın təsirlərinin davam etdiyi 2021-ci ildə artıb. Bu il tək nəfərlik ailələrin sayı 2020-ci ilə nisbətən 376603 artaraq 4 milyon 781 min 600-ə çatıb.
Sonrakı illərdə artım tendensiyası azaldı və tək yaşayanların sayı 285731 nəfər artaraq 2022-ci ildə 5 milyon 67 min 331 nəfər olub. Ötən il tək nəfərlik ailələrin sayı 125494 artaraq 5 milyon 192 min 825-ə çatıb. Belə ki, son 10 ildə tək yaşayanların sayı 77,2 faiz artıb.
Digər tərəfdən tək yaşayanların 933764-ü İstanbulda, 375260-ı Ankarada, 355132-si İzmirdə, 195430-u Antalyada, 178860-ı Bursada yaşayır.
Bursanı 117401 ilə Balıkəsir, 116012 ilə Mersin, 114808 ilə Konya, 103706 ilə Kocaeli izləyib.
Belə ki, 10 böyük şəhərdə tək nəfərlik ev təsərrüfatlarının sayı 2 milyon 607 min 624 olduğu halda, bu rəqəm ümumi sayın yarısından çoxu olaraq hesablanıb.
Tək yaşayanların ən az olduğu vilayətlər 5439 ilə Bayburt, 6868 ilə Ardahan və 8020 ilə Hakkari olub.