Türkiyədən Ermənistana çağırış

22:59 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhükəsizlik Şurasının iclası keçirilib.

Hafta.az xəbər verir ki, iclasın əsas müzakirə mövzusu meşə yanğınları olsa da, toplantının yekun sənədində regional problemlərlə bağlı mühüm açıqlamalar yer alıb.

Məlumata görə, şura üzvləri son günlərdə Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlik ətrafında fikir mübadiləsi aparıb və Ermənistanı təcavüzkar addımlara son qoyaraq, öz öhdəliklərinə sadiq qalmağa, bölgə ölkələrilə əməkdaşlığı inkişaf etdirməyə çağırıb.  

Qeyd edək ki, iclas 3.5 saat davam edib.

Oxunma sayı 476
Siyasət rubrikasından digər xəbərlər