Türkiyəli turistlər Rusiyaya axışır

10:25 07.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin birinci yarısında Rusiyaya 584600 min xarici turist gəlib. Mediada əksini tapan xəbərlərə görə, bu turistlərin 301 mini, yəni yarıdan çoxu Çin vətəndaşıdır.

Hafta.az-ın yazdığına görə, Rusiyaya "turist axını" baxımından Türkmənistan 31200 ziyarətlə ikinci yeri tutaraq təəccübləndirib.

Türkiyə 16800 ziyarətlə üçüncü yerdədir.

Daha sonra Almaniyadan 24200 turist səfəri qeydə alınıb. ATOR Türkiyə və Almaniya vətəndaşlarının Rusiyaya tez-tez şəxsi və ya kommersiya məqsədləri üçün gəldiyini, lakin səfərin məqsədinin turizm olduğunu vurğulayıb.

Beşinci yeri turist axınının dörd dəfə artdığı BƏƏ (19300 ziyarət) tutub.

Sonra Səudiyyə Ərəbistanı, İran, Hindistan, Qazaxıstan və Kuba gəlir.