U-17 millisi də Belarusa məğlub oldu

16:11 26.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi ikinci yoxlama görüşünü keçirib.

Hafta.az xəbər verir ki, millimiz Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus seçməsi 3:0 hesablı qələbə qazanmışdı.