Üç ailə üzvünü bıçaqlayan şəxs saxlanılıb

10:00 22.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə bir ailənin üç üzvünü bıçaqlayan şəxs tutulub.

Hafta.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

O polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.