Üç dərslikdə nöqsanlar aşkarlanıb

16:46 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif “Русский язык”, “Литература” və “Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

DİM-dən hafta.az-a verilən məlumata görə, 10 mart 2021-ci il tarixində fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.