Üç nəfərin bank kartından oğurluq edildi 

12:33 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalan şəhərində və Masazır qəsəbəsində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından oğurluqla bağlı polisə məlumatlar daxil olub.

Hafta.az xəbər verir ki, araşdırmalarla 3 bank kartından ümumilikdə 847 manatın oğurlanması müəyyən edilib

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Şəhriyar Allahverdiyev və bir yeniyetmə saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.