Ucarda 18 yaşlı qız infarktdan ölüb

11:45 22.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda 18 yaşlı qız “dəqiqləşdirilməmiş miokart infarktı” diaqnozu ilə xəstəxanaya çatdırılsa da, vəfat edib

Trend xəbər verir ki, dünən Ucar rayonu, Qazyan kənd sakini 2005-ci il təvəllüdlü Ələkbərova Kamilə Yaqubovnaya “dəqiqləşdirilməmiş miokart infarktı” diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Ucar RMX PHŞ-in reanimasiya şöbəsinə çatdırılan, xəstəyə lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, K.Y.Ələkbərova ölüb.