Ucarda avtobus piyadanı vurub öldürdü

11:20 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az report-a istinadən  xəbər  verir ki, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.

"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.