Yazını böyüt
Yazını kiçilt
İyulun 12-də Ukrayna müharibə zamanı həlak olan 30 hərbçinin cəsədini geri alıb.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna İnteqrasiya Nazirliyi məlumat yayıb.
"30 ukraynalı hərbçinin cəsədi layiqli dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", - deyə məlumatda qeyd edilib.
Həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi prosesi Zaporojye vilayətində komissar, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib. Ukrayna isə əsirlikdə olan 5 rus hərbçini geri qaytarıb.