Ukrayna Avropadan elektrik enerjisi idxal etməyə hazırlaşır

12:51 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Ukrenergo” Avropadan elektrik enerjisinin idxalı mexanizmini işləyib hazırlayır, deyə şirkətin idarə heyətinin sədri Volodimir Kudritski bildirib.

Kudritski Aİ enerji sisteminin “çətin anda kömək etməyə qadir olduğunu” vurğulayıb və kommersiya enerjisi idxalını “texniki cəhətdən mümkün” adlandırıb. “Ukrenerqo” 500 MVt və hətta 600 MVt həcmində belə idxal imkanlarını təmin edir”, - o əlavə edib.

Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, elektrik enerjisinin bu yolla ötürülməsini təmin etmək üçün xüsusi mexanizmlər tələb olunacaq, çünki Avropada elektrik enerjisinin qiyməti Ukraynadakından yüksəkdir. Onun sözlərinə görə, artıq bu mexanizm üzərində iş gedir.

Oxunma sayı 990