Ukrayna Baxmutda ağır itkilər verir - WSJ

17:08 13.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Baxmutda yaralıları təxliyə etmək imkanlarının olmaması və texnikanın hərəkəti üçün yollarda yaranan problemlər səbəbindən Ukrayna Silahlı Qüvvələri ağır itkilər verir. Bu barədə The Wall Street Journal yazır.

WSJ-nin məlumatına görə, şəhərə aparan asfaltlanmış yollar artıq mövcud deyil və bütün nəqliyyat vasitələri alternativ yollarla hərəkət edə bilmir.

Qəzet yazır: “Ukrayna qoşunları Baxmutda ağır itkilər verir, xüsusən indi asfaltlanmış yollar artıq silah-sursat daşınması və yaralıların təxliyəsi üçün əlçatmaz olduğundan və alternativ torpaq yollar çoxlu təkərli maşınlar üçün keçilməzdir”.

Martın 13-də Ukrayna Quru Qoşunlarının komandanı Oleksandr Syrsky Baxmutda vəziyyətin ağır olaraq qaldığını bildirib.