Ukrayna Silahlı Qüvvələri yeni taktika tətbiq edərək bir gündə bütöv bir şəhəri rus işğalçılarından azad etdi.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi açıqlamasına qədər şəhərin adını çəkmədən rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində danışıb.
"Adını çəkmədiyimiz şəhər bir gündə bir zərbə ilə azad edildi. Bu, çox böyük uğurdur... Rus bölmələri oxşar şəhərləri bir neçə həftəyə götürürdülər... Bu taktika onları çox təəccübləndirdi, onların heç nə etməyə, hətta nə baş verdiyini anlamağa da vaxtı yox idi” deyib.
"Bu şəhərin şərq kənarından biz Kupyansk artilleriyasına qədər əraziyə nəzarət edə bilirik. Və bu, İzyum bölgəsindəki bütün işğalçı bandanın, Slavyansk və Kramatorsk istiqamətində hücum edən Donetskdəki bütün şimal-şərq qrupunun əsas təchizat arteriyasıdır", - deyə Arestoviç əlavə edib.
Onun sözlərinə görə, Rusiya ordusunun indi irəlilədiyi yeganə yer Baxmut istiqamətidir: “Başqa yerlərdə ya stasionar cəbhə möbvcuddur, ya da biz irəliləyirik”.
Arestoviç Ukrayna ordusunun iki istiqamətdə əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.
"Bizimkilər düşməni sıxışdırırlar, çox sıxırlar. Və təbii ki, Rusiya komandanlığı çaşqınlıq içərisindədir. Bəs niyə iki yerdə? Çünki biz onlara ehtiyatlarla manevr etməyə, bir istiqamətin hesabına digərini gücləndirməyə imkan vermirik" -deyə Ukrayna rəsmisi vurğulayıb.