Ukrayna daha 25 hərbçisinin meyitini qaytarıb

13:54 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meyitlərin qaytarılması prosesi itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın güc strukturlarınının iştirakı ilə həyata keçirilib.

Həmçinin qeyd olunub ki, nəşlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.