Ukrayna hərbi əməliyyatlara bu qədər pul xərcləyir

15:46 03.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Silahlı Qüvvələrinin saxlanması dövlət büdcəsinə ildə təxminən 55 milyard dollara başa gəlir, Baş nazir Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, sülh dövründə dövlət büdcəsinin gəlir hissəsi 1,3 trilyon qrivna təşkil edib.

"Bu gün biz Silahlı Qüvvələr üçün 1,3 trilyon qrivna büdcə ayırmışıq. İl ərzində biz daha 509 milyard qrivna ayırmışıq, halbuki biz hələ bu məbləğə yaxın vəsait ayıracağıq. Əslində, Silahlı Qüvvələr, müharibə bu gün Ukraynaya təxminən 2 trilyon qrivnaya başa gəlir”, - hökumət başçısı bildirib.

Şmıqal vurğulayıb ki, əslində Ukrayna bütün digər ehtiyacları üçün pulu Qərb tərəfdaşlarından alır.

İyunun sonunda məlum olub ki, müharibə başlayandan Ukraynaya 170 milyard avro yardım edilib. Bu məbləğə 40 dövlətin, eləcə də Avropa təşkilatlarının, BVF və Dünya Bankının hərbi, maliyyə və humanitar yardımları daxildir.

Ləman Əliyeva