Ukrayna ilk dəfə qışı öz qazı ilə keçirdi

19:11 01.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın "Naftoqaz"  milli aksioner şirkətinin rəhbəri Aleksey Çernışev bildirib ki, bu il Ukrayna ilk dəfə qışı yalnız öz qazından istifadə etməklə keçirə bilib.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, A.Çernışev bu barədə cümə günü, martın 1-də “Facebook”-da yazıb.

"Tarixi hadisə. 10 il bundan əvvəl heç kim buna inanmazdı. İki il əvvəl genişmiqyaslı müharibə başlayanda da inanmaq çətin idi. Amma biz bunu etdik və Ukraynanın enerji müstəqilliyi tendensiyasını bundan sonra da saxlamağı planlaşdırırıq” – deyə şirkət rəhbəri mesajında ​​bildirib.

Xatırladılır ki, baş nazir Denis Şmıqal daha əvvəl bəyan edib ki, Ukraynanın əsas prioriteti idxalı sıfıra endirmək və öz qaz ehtiyacını ödəməkdir.

Oxunma sayı 108