Ukrayna ordusu rus qoşunlarını Avdeyevka ətrafındakı kənddən çıxardı - “BİLD”

18:16 07.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Avdeyevka şəhərinin qərbindəki Tonenkoye kəndindən Rusiya qoşunlarını sıxışdırıb çıxarıb.

Hafta.az xəbər verir ki, “UNİAN”-ın yaydığı məlumata görə, bu barədə “BILD” nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Repke döyüş meydanından çəkilmiş video-yazılara istinadla yazıb.

Bundan əvvəl ekspert Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkanın qərbində Berdıçi-Semyonovka-Orlovka-Tonenkoye xəttində müdafiəni ciddi şəkildə saxladığını bildirmişdi.

Y.Repkenin fikrincə,  hazırda Ukrayna hərbçiləri işğalçıları Tonenkoyedən çıxara biliblər.

"Ukrayna ordusu Avdeyevkanın qərbində yerləşən Tonenkoye kəndinə tam nəzarəti bərpa edib. Ruslar kəndi YARS ilə atəşə tutur”, -  deyə ekspert bildirib.

Avdeyevka istiqamətində ümumi  vəziyyət:

Ukrayna  Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində 92 hərbi toqquşma baş verib. Avdeyevka istiqamətində Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Berdiçi, Tonenkoye, Pervomayskoye, Nevelskoye yaşayış məntəqələri ərazilərində düşmənin 21 hücumunu dəf ediblər.

Eyni zamanda məlumdur ki, ruslar Avdeyevka yaxınlığında irəliləməyə cəhd etməkdə davam edirlər. 3-cü hücum briqadasından bildirildiyi kimi, işğalçılar hazırda qoşunlarını Ukrayna Silahlı Qüvvələrinin yeni müdafiə xəttinin yerləşdiyi Orlovka kəndi ətrafına çəkirlər.