Ukrayna hərbçiləricanlı qüvvə və texnika sarıdan Rusiya işğalçılarına aktiv şəkildə itkilər verməkdə və bütün cəbhə xətti boyunca düşməni tükəndirməkdə davam edir.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında bəhs edilir.
Məlumata görə, gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 21 əraziyə, eləcə də düşmənin 4 zenit-raket kompleksinə zərbələr endirib.
Bundan əlavə, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 6 zona, idarəetmə məntəqəsi, artilleriya silahı, iki hava hücumundan müdafiə sistemi, sursat anbarı və düşmənin RLS-nə zərbələr vurublar.
Düşmən də öz növbəsində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 65 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 44 hücum həyata keçirib.
"Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib", - deyə Baş Qərargahdan bildiriblər.
“Cəbhədə gün ərzində 89 hərbi toqquşma baş verib. İşğalçılar hücumların çoxunu Pervomaiskoye və Nevelskoye yaxınlığında həyata keçirdilər. Həmçinin Maryinka istiqamətində də qızğın döyüşlər gedib. Orada Ukrayna əsgərləri 26 hücumun dəf edildiyi Donetsk vilayətinin Krasnoqorovka, Georgiyevka, Maryinka və Novomixaylovka ərazilərində düşmən hücumlarını durdurmaqda davam edir”- məlumatda belə deyilir.