Ukrayna Prezidentinin Ofisi ABŞ mediasının Baxmutla bağlı yaydığı məlumata aydınlıq gətirib

13:58 21.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ mediası Ukrayna Prezidenti Vladimir Zelenskinin Baxmutun ruslar tərəfindən tutulduğunu təsdiqlədiyini bildirib. Amma Ukrayna Prezidentinin Ofisi bunun belə olmadığını deyir.

AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov feysbuk səhifəsində Qərb jurnalistlərinin məlumatını təkzib edib. Onun sözlərinə görə, Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə söhbəti zamanı Baxmutun ruslar tərəfindən tutulmasını inkar edib.

Nikiforovun qeyd etdiyi kimi, jurnalistlərin rusların guya Baxmutu alması ilə bağlı sualını cavablandıran Prezident belə cavab verib: “Məncə, yox”.