Ukrayna Rusiyanı məğlub edə bilməyəcək - Orban

18:11 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna hətta Qərb ölkələrinin köməyi ilə belə, Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. O, bu barədə Mandiner-ə müsahibəsində danışıb.

Müsahibədə Ukraynadakı hərbi əməliyyatlar mövzusuna toxunulub. Orbanın sözlərinə görə, Aİ-də getdikcə daha çox insan Kiyevin qalib gələ bilməyəcəyi fikrini ifadə edir. O, əvvəldən oxşar fikirdə olduğunu vurğulayıb.

“Gəlin ukraynalıların bizim dəstəyimizlə bu müharibədə qalib gələ biləcəyinə dair özümüzü zarafat etməyək” deyib.

Orban əlavə edib ki, Aİ ölkələri Ukraynaya hərbi dəstək verməkdə səhv ediblər və hələ də bunu etiraf etmək istəmirlər. Aİ dövlətləri Kiyevin qələbəsinə ümid edirdilər, lakin bu baş vermədi. Onların bu iş üçün ehtiyat planı yox idi, ona görə də əsas plana sadiq qalmağa davam edirlər.

Macarıstanın baş naziri Argentinada Ukrayna lideri Vladimir Zelenski ilə dialoqundan da danışıb. O, əmin edir ki, buna çox diqqət yetirilməməlidir. Orban deyib ki, Argentina prezidenti Xavyer Millinin andiçmə mərasimi zamanı Zelenski ilə söhbətini görüş adlandırmaq olmaz, çünki onlar sadəcə bir yerdə oturub bir neçə söz mübadiləsi aparıblar.