Ukrayna səfiri Qazaxıstanı TƏRK ETDİ

18:48 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevski Qazaxıstan hakimiyyətinin tələbi ilə ölkəni tərk edib. Hafta.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

"Rusları öldürməyə" çağıran Ukrayna səfiri Qazaxıstan hakimiyyətinin tələbi ilə Qazaxıstanı tərk edib. O, Polşa aviaşirkətinin səhər reysi ilə Varşavaya uçub.

Öz növbəsində, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov TASS müxbirinə Vrublevskinin məzuniyyətdə olduğunu bildirib.

Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti daha əvvəl ukraynalı diplomatın sözlərinə hüquqi qiymət verəcəklərini bildirmişdi.