Yazını böyüt
Yazını kiçilt
İstanbulda yaradılan Koordinasiya Mərkəzində Ukrayna taxılının dünya ölkələrinə təhlükəsiz şəkildə çatdırılması üçün gücləndirilmiş iş aparılır.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
"Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz çatdırılması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində gücləndirilmiş rejimdə çalışırıq.
Taxılla yüklənmiş ilk gəminin mümkün qədər tez Ukrayna limanlıını tərk etməsi üçün hakimiyyət orqanları arasında tədbirlərin əlaqələndirilməsi davam edir", - deyə açıqlamada deyilir.