Ukraynada 100-ə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib

16:57 07.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə başlayandan bəri təxribat fəaliyyətində iştirak edən 1600-dən çox diversant saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.

“Ukrayna ərazisində 164 gün davam edən müharibə zamanı yüzə yaxın təxribat və kəşfiyyat qrupu ifşa edilib, təxribat fəaliyyətində iştirak edən 1600-dən çox insan saxlanılıb. Mən öz feysbuk səhifəmdə tez-tez təxribatçılar və onların şərikləri haqqında yazıram”, - Yevgeni Yenin qeyd edib.

Oxunma sayı 136