Yazını böyüt
Yazını kiçilt
Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynada döyüşlərin uzun müddət davam edəcəyinə inanır. Nazir hesab edir ki, Almaniya Ukraynanın qarşıdakı aylarda hərbi əməliyyatları davam etdirə biləcəyinə əmin olmalıdır.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədlərinə Kiyevlə danışıqlar yolu ilə nail ola bilər.
Jurnalistlərin Ukraynada hakimiyyət dəyişikliyinin xüsusi əməliyyatın məqsədlərindən biri olub-olmaması ilə bağlı sualına Peskov belə cavab verib: “Xeyr, prezident artıq bu barədə danışıb”.