Ukraynada jurnalist həlak olub

15:59 01.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kalininqradda fəaliyyət göstərən RuBaltic.Ru saytının jurnalisti Aleksey İlyaşeviç Ukraynanın Avdeevka şəhəri yaxınlığındakı döyüşlərdə həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə baş redaktor Aleksandr Nosoviç məlumat yayıb.

"Mənim dostum, tələbəm və RuBaltic.Ru-nun köşə yazarı Aleksey İlyaşeviç Avdeevka yaxınlığındakı döyüşlərdə həlak olub", - Nosoviç RuBaltic.Ru saytında yazıb.

İlyaseviç həmçinin “Sputnik Belarus” saytında ekspert kimi fəaliyyət göstərib.

İlyaseviç Donetskin Yenakiyevo qəsəbəsinin sakinidir. 2014-cü ildə orta məktəbi bitirib, bir il Xarkov Universitetində təhsil aldıqdan sonra təhsildən uzaqlaşıb.

“Jurnalist Ukraynada aparılan müharibədə Rusiyanın tərəfində olub. O, sonradan Donetsk Universitetinin jurnalistika fakültəsində təhsil almağa və bombalar altında işləməyə üstünlük verib" – baş redaktor deyib. Onun sözlərinə görə, İlyaşeviç könüllü olaraq cəbhə xəttinə gedib.

Oxunma sayı 2356
Media rubrikasından digər xəbərlər