Ukraynada nazirliklər azalacaq

11:38 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Vladimir Zelenski və Nazirlər Kabineti yeni hökumət strukturu ilə bağlı razılığa gəliblər ki, bu da məmurların sayının azaldılmasını nəzərdə tutur, həmçinin hazırkı 20 nazirliyin yerinə 14 nazirliyin yaradılması planlaşdırılır. Bu barədə hafta.az Ukraynanın “Zerkalo Nedeli” nəşrinə istinadən yazır.

Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi, İcmaların və Ərazilərin İnkişafı Nazirliyi və İnfrastruktur Nazirliyi İnfrastruktur və Ərazilərin İnkişafı Nazirliyinə birləşdiriləcək. Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi və Avropa və Avro-Atlantik İnteqrasiya Nazirliyi Avropaya İnteqrasiya, Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinə birləşdiriləcək.

Aqrar Siyasət və Ərzaq Nazirliyi, İqtisadiyyat Nazirliyi, Strateji Sənayer Nazirliyi İqtisadi İnkişaf Nazirliyinə birləşdiriləcək.

Veteranların İşləri Nazirliyi və Sosial Siyasət Nazirliyi Veteranların İşləri və Sosial Siyasət Nazirliyinə birləşdiriləcək.

Ukrayna hökuməti Energetika Nazirliyini, Daxili İşlər Nazirliyini, Xarici İşlər Nazirliyini, Maliyyə Nazirliyini, Ədliyyə Nazirliyini, Müdafiə Nazirliyini, Səhiyyə Nazirliyini və Təhsil və Elm Nazirliyini dəyişməz olaraq saxlayır.