Rusiya və Ukraynanın bir-birinə qarşı oynadıqları kəşfiyyat oyunu rus pilotun “çox gözəl” sevgilisi sayəsində ortaya çıxıb. Hafta.az xəbər verir ki, bolqarıstanlı jurnalist Christo Grozev Twitter hesabında "bütün zamanların ən qəribə kəşfiyyat əməliyyatlarından biri" kimi təsvir etdiyi əməliyyatın təfərrüatlarını paylaşıb.
Rus pilotun gözəlliyi ilə diqqət çəkən sevgilisi “Mariya” Rusiya və Ukrayna kəşfiyyatçılarının bir-birini məğlub etməyə çalışdığı casus əməliyyatının mərkəzində olub və bu gün bu, ən çox müzakirə olunan mövzulardan birinə çevrilib
Rusiya dünən hava qüvvələrinə qarşı cəsarətli sui-qəsdin iflasa uğradığını açıqlayıb.
Kreml, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ilə yazılı və səsli əlaqəni ələ keçirdiklərini iddia edərək, rus pilotların qaçması və ya döyüş təyyarələrini Ukraynaya aparması ilə bağlı iddia edilən planın arxasında Britaniya və Ukrayna kəşfiyyatının olduğunu iddia edib.
Məlumdur ki, Kiyev kəşfiyyatı əvvəllər rusiyalı pilotları külli miqdarda pul və ya Avropa vətəndaşlığı vədi ilə işə cəlb edib. Hesabatlar göstərir ki, rus pilotları hərbi təyyarələri ilə sığınacaq axtarmaq üçün 2 milyon dollara qədər qazana bilərlər.
Ancaq əməliyyatın mərkəzində olan rus pilota,görə “çox gözəl” olan sevgilisi Mariya əməliyyatın düşünüldüyündən qat-qat mürəkkəb olduğunu və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatı öz üzərinə götürdüyünü ortaya qoyub.
Britaniyanın "Bellingcat" tədqiqat təşkilatında çalışan bolqar jurnalist Christo Grozev'in dediyinə görə, uyğun gəlməyən cütlük az qala "qırmızı bayraq" kimi gizli planların üstünü açıb.
Bolqarıstanlı jurnalist hazırlayacağı sənədli film üçün bir müddətdir rus əsgərlərinin qaçmasını həyata keçirən ukraynalı keçmiş casusları izlədiyini ifadə edərək, “Rus pilotun sevgilisi olduğunu başa düşməyim cəmi 5 dəqiqə çəkdi. Onun üçün çox gözəl idi və o Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı idi.Ukraynalılar da bunu gördülər”.
İndiyədək işləyən plana əsasən, Ukrayna ilə sövdələşmə edən rusiyalı pilotlar kabinələri ilə əlaqə saxlayıb, qaçdıqlarını təsdiqləmək üçün Ukrayna hakimiyyətinə video və fotolar göndəriblər. Lakin bir müddət sonra rus pilotların davranışlarında dəyişikliklər müşahidə edilib.
Rusiyanın vəziyyəti fərq etdiyini və Ukraynadan məlumat almaq üçün pilotları öyrətməyə başladığını ifadə edən Qrozev, "Hər iki tərəf bir-birindən maksimum məlumat almağa çalışarkən, onları maksimum dezinformasiya ilə qidalandırmağa başlayıb" deyib.
Nəhayət, FSB anlayıb ki, ukraynalıları aldada bilməyəcəklər, ukraynalılar isə anladılar ki, daha rus pilotlarını ala bilməyəcəklər və əməliyyat başa çatıb.
Qrozev əməliyyatın mərkəzində olan rus pilotun sevgilisinin 'kirayəyə verilmiş sevgili' olduğunu və Ukraynanın bundan xəbərdar olduğunu ifadə edərək əlavə edib.
"Pilot, deyəsən, sevgilisinin keçmişi haqqında heç nə bilmirdi. O, qaçmaq üçün Ukrayna ilə danışıqlar apararkən sevgilisi ondan FSB-yə məlumat ötürürdü".
Qrozev hazırladığı sənədli filmdə 'bütün zamanların ən qəribə kəşfiyyat əməliyyatlarından biri' olaraq xarakterizə etdiyi hadisənin təfərrüatlarını açıqlayacağını bildirib.