Ukraynada Rusiyanın Su-25 qırıcısı vurulub

19:33 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu gün cənubda Ukrayna hərbi birləşmələri Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinə dəstək vermək üçün 196 atəş missiyasını yerinə yetirib.

Hafta.az bildirir ki, Bu barədə “Pivden” əməliyyat komandanlığının spikeri Vladislav Nazarov saat 14:00-a olan vəziyyəti şərh edərkən bildirib.

"Düşmən özünü müdafiə etməyə çalışır, lakin bəzi istiqamətlərdə mövqelərini tərk edərək geri çəkilməyə məcbur olur. Raket və artilleriya bölmələrimiz qoşunların irəliləməsinə dəstək verərək 196 atəş missiyasını yerinə yetirib. Günorta saatlarında Xerson vilayətinin Berislavski rayonunda , mövqelərimizə hava zərbəsi endirmək istəyərkən düşmənə məxsus Su-25 hücum təyyarəsi zenit-raket bölməmiz tərəfindən vurulub.Düşmənin canlı qüvvə, silah və texnika itkiləri araşdırılır”, - Nəzərov bildirib.

Oxunma sayı 1575