Ukraynada virusdan ölənlərin sayı artdı

13:17 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada son sutka ərzində 1 703 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Sutka ərzində COVİD-19-a yoluxmuş 5 733 nəfər sağalıb, 84 nəfər ölüb.

 

İndiyə qədər Ukraynada 2 201 472 nəfər COVİD-19-a yoluxub, 2 036 148 nəfər sağalıb, 50 472 nəfər ölüb.