Ukraynadan gələn taxılın 60 faizi Avropaya gedib

17:41 12.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Kirişçi Türkiyənin beynəlxalq nüfuzunun liderlik gücü ilə artdığını qeyd edb.

"Ukrayna-Rusiya savaşında hər iki ölkənin liderləri ilə görüşə biləcək geniş baxışlı bir ölkəyə çevrilmişik. Eyni şəkildə Türkiyənin diplomatik uğurlarını heç kim görməməzlikdən gələ bilməz. Taxıl dəhlizinin açılmasından tutmuş ukraynalı və rusiyalı əsirlərin mübadiləsində oynadığı rola qədər.

Taxıl dəhlizi də diqqətdən kənarda qalmamalıdır. Taxıl dəhlizi bəşəriyyətin dəhlizidir. Baxmayaraq ki, taxıl dəhlizinin açılmasından daha çox Avropa ölkəsi faydalanıb. Bu günə qədər bu dəhlizlə daşınan 10 milyon ton taxılın yüzdə 60-ı Avropaya, yüzdə 27-si Asiyaya, yüzdə 13-ü isə Afrika ölkələrinə gedib. Türkiyə olaraq, xüsusilə ən az inkişaf etmiş ölkələrin taxıl daşınmasından daha çox faydalanmasına diqqət yetiririk".