Ukraynadan rus pilotlara çılğın təklif - TƏYYARƏNİ VER, BİR MİLYON AL...

19:01 11.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın müdafiə sənayesi firmalarının idarəçisi UKROBORONPROM, hazırladığı video klip ilə Rus pilotlarına çağırış edərək çalışan vəziyyətdə savaş təyyarələrini Ukraynaya təslim edənlərə 1 milyon dollar pul mükafatı veriləcəyini açıqlayıb.

Hafta.az xəbər verir ki, klipdə işləyən döyüş təyyarəsi gətirən rus əsgərinə 1 milyon, helikopter gətirənlərə isə 500 min dollar veriləcəyi açıqlanıb. Sözügedən video çarxdan sonra rus əsgərlərinin döyüş təyyarələrini, yoxsa helikopterləri çatdıracağı maraq doğurub.