Ukraynanın Rusiyanı alman silahı ilə atəşə tutmağa haqqı yoxdur - Şolz

12:38 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukraynanın Almaniyadan aldığı silahlardan Rusiya Federasiyasının ərazisinə zərbə endirmək hüququ yoxdur, Die Zeit yazır.

Oxşar qaydalar digər Qərb silah tədarükçüləri tərəfindən də müəyyən edilir, Şolz Bendorfdakı ictimai tədbirdə söyləyib.

Kansler həmçinin qeyd edib ki, yardım lazımdır, lakin Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibənin qarşısını almaq üçün də hər şey edilməlidir.