Yazını böyüt
Yazını kiçilt
UNEC-də hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da həftənin şənbə günləri rektor prof. Ədalət Muradovun “Açıq qapı” günləri keçiriləcək.
Bu barədə hafta.az-a universitetin mətbuat xidmətindən bildirilib.
İlk “Açıq qapı günü” 8 iyun, saat 10:00-da UNEC-in əsas tədris binasında təşkil olunacaq. İmtahanla bağlı sualı, şikayəti və təklifi olan tələbə və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər.
“Açıq qapı”ya “1846 Qaynar Xətti”nə və ya “4925903 (daxili 1199) İmtahan Qərargahı”na zəng edərək yazılmaq mümkündür.