Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Həmas-la İsrail arasında oktyabrın 7-də başlayan müharibədən bəri Qəzza zolağında 13800-dən çox uşağın öldürüldüyünü açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Rassel Nyu Yorkda keçirdiyi mətbuat konfransında "Minlərlə insan yaralanıb, daha minlərlə insan aclıqdan ölmək ərəfəsindədir" deyib.
Ayrı bir bəyanatda Birləşmiş Millətlər Təşkilatının Gender Bərabərliyi və Qadının Gücləndirilməsi Bölməsi (UN Women) “Qəzzada hər 10 dəqiqədə bir uşaq yaralanır və ya öldürülür” deyə xəbərdarlıq edib.
Açıqlamada, müharibə başlayandan bəri Qəzzada 10 mindən çox qadının öldürüldüyü, onlardan 6 mininin isə geridə 19 min yetim qoyduğunu bildirilib.
Bu yaxınlarda Qəzzəyə səfər edən UNICEF sözçüsü Tess İnqram Cenevrədə keçirdiyi mətbuat konfransında gördüyü "yaralı uşaqların sayı" qarşısında məəttəl qaldığını söyləyib.
"Onlar daim dəyişən həyatlarını təkcə xəstəxanalarda deyil, küçələrdə, müvəqqəti sığınacaqlarda yaşayırlar" deyib İnqram.