Yazını böyüt
Yazını kiçilt
Prezident Vladimir Putinin Türkiyəyə səfəri Rusiya liderinin beynəlxalq təmaslarının gündəmində yüksək yer tutur. Qazeta.Ru xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Prezidentimizin Türkiyəyə mümkün səfəri müzakirə olunur. Bildirmək istərdim ki, biz Türkiyə ilə çoxşaxəli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk”, - bəyanatda deyilir.
Uşakov qeyd edib ki, hazırda səfərə fəal hazırlıq gedir və bunu Rusiyanın iqtisadi və siyasi idarələri həyata keçirir.
Dövlət başçısının köməkçisi əlavə edib ki, səfərin dəqiq tarixləri razılaşdırılır.