İraqda 7 yaşlı uşağı işgəncə ilə öldürməkdə təqsirli bilinən ögey anaya 15 il həbs cəzası verilməsi müzakirələrə səbəb olub.
Hafta.az-ın yazdığına görə, iyunda paytaxt Bağdadda Azra əl-Cənabi adlı qadının evdə müxtəlif işgəncələrə məruz qoyduğu 7 yaşlı ögey oğlu Musanın ölümünə səbəb olduğu üzə çıxıb.
Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə İdarəsi uşağın ölümünə səbəb olan ögey ananın işgəncələrə məruz qaldığını etiraf etdiyi videonu yayıb.
Ögey anası dindirilərkən Musaya duz yeməyə məcbur etdiyini, ona müxtəlif yaralayıcı alətlərlə işgəncə verdiyini, günlərlə evdə tətbiq etdiyi işgəncələr nəticəsində uşağın dünyasını dəyişdiyini bildirib. Bu etiraflar ölkədə, xüsusən də sosial mediada böyük əks-səda doğursa da, məhkəmə sözügedən qadına 15 il həbs cəzası verib.
Cəza qeyri-kafi hesab edilsə də, bəzi sosial media istifadəçiləri Azra əl-Cənabinin edam edilməsini istəyiblər.