Uşaqlar arasında yoluxma artıb

17:39 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar uşaqlar arasında tənəffüs yollarında virus infeksiyalarına yoluxmada artım müşahidə edilir.

Bunu hafta.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, baş pediatr Erkin Rəhimov bildirib.

 Onun sözlərinə görə, uşaqlar həkimə öskürək, qızdırma ilə gətirilirlər:

“Bunu təkcə öz təcrübəmdən demirəm, ətrafımdakı həkimlərlə söhbət zamanı da şahid oluram. Virusa yoluxma halında artım müşahidə edirik”.

Baş pediatr pandemiyadan öncə də bu kimi halların mövcud olduğunu qeyd edib:

“Hər il qış aylarına doğru, havalar soyuduqca uşaqlarda bu kimi hallara tez-tez rast gəlirik. Bu virus infeksiyalar mövsümi qripdir. Bu il də uşaqlar arasında virusa yoluxanların sayında artım var”.modern

Oxunma sayı 104