Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Avropada qızılca hadisələrinin 2023-cü ildə regionda "həyəcanverici səviyyədə" artacağı barədə xəbərdarlıq edib və peyvənd işlərini gücləndirməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, ÜST-nin açıqladığı statistik məlumatlarda 2023-cü ildə Mərkəzi Asiyaya qədər uzanan regionun 53 üzv dövlətindən 41-də 42 min hadisənin qeydə alındığı bildirilib. Hansı ki, bu rəqəm 941 hadisənin qeydə alındığı 2022-ci illə müqayisədə təxminən 45 dəfə çoxdur.
Qazaxıstan və Rusiya 10 mindən çox hadisə qeydə alınmaqla xəstəlikdən ən çox təsirlənən ölkələr olduğu halda, İngiltərə 183 hadisə ilə Qərbi Avropada birinci yerdədir.
ÜST-nin təhlilinin əhatə etdiyi 2023-cü ilin ilk 10 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30 dəfə artım olub.
ÜST-nin Avropa Regional Direktoru Dr. Hans Klug, qızılca səbəbiylə təxminən 21 min nəfərin xəstəxanaya yerləşdirildiyini və beş ölüm faktının olduğunu bildirib.
Dr. Klug, "Peyvəndləmə uşaqları bu potensial təhlükəli xəstəlikdən qorumağın yeganə yoludur" deyib.
Ölümcül fəsadlara səbəb olan və hava yolu ilə yayıla bilən bu yüksək yoluxucu virus xəstəliyinin yenidən ortaya çıxması yeni növ koronavirus epidemiyası dövründə peyvəndin əhatə dairəsinin azalması ilə əlaqələndirilir.
Peyvənd olunmamış icmaların maarifləndirilməsi üçün kampaniyaların gücləndirilməsinə çağıran ÜST, 2020-2022-ci illər arasında bölgədə 1,8 milyondan çox körpənin qızılcaya qarşı peyvənd oluna bilməyəcəyini bildirib.
Yüksək hərarət və həddindən artıq yorğunluqla müşayiət olunan öskürək, burun və konyunktiva iltihabı ilə başlayan, dəridə səpkilərlə özünü göstərən bu xəstəlik bütün yaş qruplarını əhatə edə bilər.
Bununla belə, 2023-cü ildə hər beş hadisədən ikisi 1 yaşdan 4 yaşa qədər olan uşaqlarda müşahidə edilib. 20 yaşdan yuxarı xəstələrin nisbəti 5-də 1-dir.
Xəstəliyin yayılmasının qarşısını almaq üçün yerli səviyyədə uşaqların ən azı 95 faizi peyvənd edilməlidir.
ÜST hesab edir ki, qızılca peyvəndi 2000-2021-ci illər arasında 56 milyon ölümün qarşısını alıb.
2021-ci ildə dünya üzrə qızılcadan ölənlərin sayının 128 min olacağı təxmin edilir. Onların əksəriyyəti peyvənd olunmamış və ya qeyri-adekvat peyvənd olunmuş beş yaşınadək uşaqlardır.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2022-ci ilə qədər bütün dünyada uşaqların 83 faizi ilk doğum günündən əvvəl bir doza qızılca peyvəndi alacaq. Bu, 2008-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.