ÜST koronavirusla mübarizə üçün Azərbaycana eskpertlər göndərir

14:38 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan, Ukrayna və Çernoqoriyaya koronavirusun yayılması ilə mübarizə aparmaq üçün ekspertlər göndərmək qərarına gəlib.

Hafta.az bildirir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun mətbuat xidməti məlumat yayıb.

“ÜST ARB COVID-19-a hazırlığın və reaksiyanın təmin olunması tədbirləri çərçivəsində yaxın günlərdə Azərbaycan, Ukrayna və Çernoqoriyaya üç missiya yönləndirir”, - məlumatda deyilir.