ÜST-nin koronavirusla bağlı son statistikası

10:42 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb. 

Hafta.az xəbər verir ki, təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 198 543, yeni yoluxanların sayı 326 nəfərdir.

Bildirilib ki, indiyədək yeni koronavirusdan 7 988 nəfər ölüb. Xəstəliyə yoluxanlardan 82 779 nəfər sağalıb ki, onlardan 1100 nəfəri yeni sağalanlardır.