Ustanı "tok" vuraraq öldürüb - FOTO

21:52 19.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda rəngsazı elektrik cəryanı vuraraq öldürüb.

Hafta.az-ın məlumatına görə, hadisə Oğuz şəhəri "Gənclik" massivi adlanan ərazidə baş verib.

Evlərdən birində rəngsaz işləyən, rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Babayevi elektrik cəryanı vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.