Üzərində 3 kiloqram narkotik vasitə olan şəxs saxlanılıb

13:54 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nərimanov Rayonunun Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb. Onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkar edilib.

Həmçinin şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.

Oxunma sayı 65